Fransada meşə yanğınlarına görə 400 nəfər təxliyyə edildi

Fransanın cənubunda davam edən yanğınlarla əlaqədar 400 nəfər təxliyyə edilib.
anews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, yanğın 500 hektara yaxın ərazini əhatə edir.
Yanğın Monpelye şəhərinin 40 kilometr qərbində başlayıb. Yanğının qarşısının alınması üçün 300 yanğınsöndürən, eləcə də, 6 helikopter və bir neçə təyyarə cəlb edilib.
www.anews.az
























