Kiyevdə atışma olub, 3 nəfər yaralanıb.

Naməlum silahlı şəxslər hadisə yerindən qaçaraq gizləniblər.
Ukraynanın paytaxtı Kiyev şəhərində dəmiryolu vağzalının yaxınlığında iki naməlum şəxsin travmatik tapançadan açdığı atəş nəticəsində 3 nəfər yaralanıb.
"Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyev Milli Polisi Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Hadisə avqustun 10-da yerli vaxtla səhər saatlarında olub.
Məlumata görə, üç kişi ayaq və əllərindən yaralanıb. Naməlum silahlı şəxslər isə hadisə yerindən qaçaraq gizləniblər.
Hadisənin səbəbi araşdırılır.
www.anews.az
























