• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirib - VİDEO

Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirib - VİDEO
11.08.2017 18:00
ABŞ prezidenti Donald Trampın Rusiyadakı amerikalı diplomatların ixtisarı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsi ABŞ Dövlət Departamentinin əməkdaşlarını qeyzləndirib.

anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nın xəbərinə görə, ölkə xaricində çalışan amerikalı diplomatlardan biri prezidentin sözlərini hiddətləndirici adlandırıb.

O qeyd edib ki, bu cür mövqe hətta ABŞ xarici siyasət idarəsinin bir çox ştatlı əməkdaşını işi tərk etməyə sövq edə bilər: "Bu, təhlükəli situasiyada ölkəsinə xidmət edən insanlara qarşı görünməmiş şəkildə hörmətsiz və ruhdan salan bir davranışdır”. 

Adının çəkilməsini istəməyən başqa bir əməkdaş Trampın bəyanatının çoxlarını çaşdırdığını söyləyib: "Mən zarafat etmirəm, bu barədə son 5 dəqiqədə mənə 3 nəfər dedi. Hər kəs heyrətlənib. Bu, bizim yerlərdəki bütün əməkdaşlarımıza qorxunc siqnaldır”.

"Putinə təşəkkür?! Mən sadəcə olaraq, öz reaksiyamı sizin yaza biləcəyiniz sözlə ifadə edə bilmirəm”, - deyə başqa bir diplomat hiddətini dilə gətirib. 

ABŞ dövlət katibinin sabiq müavini Nikolas Berns isə prezidentin sözlərini utandırıcı adlandırıb: "O, Putinin amerikalı diplomatlarla axmaq davranışına bəraət qazandırır”. 

Xatırladaq ki, D. Tramp Rusiyadakı ABŞ diplomatik missiyalarının əməkdaşlarını 755 nəfər azaltdığına görə Vladimir Putinə təşəkkür edib. Onun sözlərinə görə, bu addım Vaşinqtona imkan verəcək ki, əmək haqlarına ayrılan vəsaitə qənaət etsin. Tramp bunu zarafatla, yoxsa ciddi söylədiyinə dair hər hansı izahat verməyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol