Makronun reytinqi 36 faizə enib

Prezident Emmanuel Makronun postunda ilk 100 günlük fəaliyyətini fransızların 36%-i dəstəkləyib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 36%-i Fransa prezidentinin fəaliyyətini müsbət, 64%-i isə mənfi kimi qiymətləndirib. Avqustun 7-9-da keçirilən sorğuda 1000 respondent iştirak edib.
Qeyd edək ki, mayda keçirilən ilk sorğuda E.Makron 62% müsbət rəy almışdı.
www.anews.az
























