Kometin Yupiter ilə toqquşması Yer kürəsini məhv edəcək

Svift-Tuttl kometinin Yupiter ilə toqquşması Yer kürəsini məhv edəcək.
anews.az xəbər verir ki, bu iddia ilə amerikalı alim çıxış edib. Onun hesablamalarına görə, bu hadisə 4479-cu ildən tez baş verməyəcək.
Yupiter ilə toqquşma nəticəsində yaranan partlayış o qədər güclü olacaq ki, zərbənin dalğasından bütün bəşəriyyət məhv olacaq. Ehtimal olunur ki, zərbənin gücü 20 milyon nüvə bombasının gücünə bərabər olacaq.
www.anews.az
























