ABŞ-da onlarla insan dəm qazından zəhərləndi

ABŞ-ın Nyu-Cersi ştatının Flanders şəhərində onlarla insan dəm qazından zəhərlənib.
anews.az-ın Report-a istinadla məlumatına görə, polis və yanğınsöndürənlər Fennimor Kortda, evdə bir neçə insanın huşunu itirməsi barədə məlumat alıblar. Hadisə yerinə ilk gələn xilasedicilər evdən huşunu itirmiş 8 nəfəri çıxarıblar. Sonra məlum olub ki, zərərçəkənlərin sayı bundan da çoxdur.
Zəhərlənənlərdən 4-ü polis əməkdaşıdır. Bununla yanaşı, xilasetmə işlərində iştirak edən daha 4 polis əməkdaşı da zəhərlənib.
Hazırda dəm qazının mənbəyi müəyyənləşdirilir.
www.anews.az
























