• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli nazir: Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir

Türkiyəli nazir: Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir
17.08.2017 17:40
"Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir”.

anews.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Almaniya kansleri Angela Merkelə cavabında bildirib.

"Çox uğursuz açıqlamadır. Bunu xüsusi qeyd etmək lazımdır. Avropa İttifaqı adından bir dövlət təlimat verməməlidir. Bu ittifaqı zəiflədəcək bir açıqlamadır. Bu, Avropa İttifaqını zəiflətmək istəyənlərin verdiyi bəyanatdır. Türkiyənin ittifaqa üzv dövlətlərlə problemi ola bilər. Ancaq bu problemlər Avropa İttifaqı səviyyəsinə çatdırılmamalıdır. Belə bir hal ittifaqın genetikasında da dəyişikliyə yol açar. Almaniya və Türkiyə arasındakı problemin Avropa İttifaqına nüfuz etməsinə Avropa İttifaqı Komissiyası yol verməməlidir. Bu, ittifaqın təməl prinsipinə təhqirdir. Gömrük Birliyi bizim birtərəfli istədiyimiz bir şey deyil. Bu, azad ticarətin artırılması ilə bağlı bir vəziyyətdir. Gömrük Birliyinin yenilənməsi Türkiyə üçün bir mükafat və lütf edilmiş kimi davranılır. Bu, qazan-qazan çərçivəsində irəliləyəcəksə, biz onun davam etməsini istəyirik. Biz Gömrük Birliyinin yenilənməsi məsələsini Nazirlər Kabinetimizin qəbul edəcəyi qərarlarına uyğunlaşdıracağıq. Gömrük Birliyi məsələsi ilə bağlı tələsmirik. Bu məsələnin sürətlənməsi lazım idi. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə də bu razılaşma əldə edilmişdi. Trampın prezidentliyi dövründə əldə edilməyib”, - nazir vurğulayıb.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Türkiyə ilə Avropa İttifaqının Gömrük Birliyi arasında razılaşmanın yenilənməyəcəyini bildirib. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol