KİV: Yəməndə husi qiyamçıları ABŞ səfirliyinin 3 əməkdaşını tutub

Yəməndə husi qiyamçılarına aid "təhlükəsizlik xidməti” ABŞ-ın Sanadakı səfirliyinin 3 əməkdaşını tutaraq naməlum istiqamətə aparıb.
anews.az Report-a istinadən xəbər verir ki, bir müddət əvvəl qiyamçıların BMT-nin Yəməndəki Humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin və ABŞ-ın Sanadakı səfirliyinin 12 əməkdaşını saxladığı bildirilib.
BMT-nin ofisi əməkdaşlarının tutulması barədə yayılan xəbəri təkzib edib.
www.anews.az
























