Barselona terrorunda şübhəli bilinən daha bir nəfər saxlanıldı

İspaniya polisi Ripol şəhərində Barselonadakı terror aktı ilə əlaqədar şübhəli bilinən daha bir şəxsi saxlayıb.
anews.az xəbər verir ki, bu barədə Trend xarici mətbuata istinadən məlumat verir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb.
www.anews.az
























