• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ bizim torpağımız deyil!" – Ermənistanı etiraz dalğası bürüyür

"Qarabağ bizim torpağımız deyil!" – Ermənistanı etiraz dalğası bürüyür
18.08.2017 23:23
Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb.

BiG.AZ Azərtac-a istinadən xəbər verir ki, eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub.

İşğalçı ölkənin ordusundakı qətllərin və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər. Etirazçılardan biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs Serj Sarksiyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb. Vətəndaşlar bildirirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdırlar, ya qətlə yetirilirlər, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs oğullarını Ermənistan ordusundan yayındırsın. Əsasən də gəncləri Qarabağa göndərməkdən çəkinməyə səsləyiblər. "Qarabağ bizim torpağımız deyil, uşaqlarınızı rejimin qurbanına çevirməyin”, – deyə valideynlər bildiriblər.

Onlar qeyd ediblər ki, cəbhədə vəziyyət daha acınacaqlıdır. Hərbi hissələrdə sosial şərait bərbad vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözülməz şəraitdə yaşayırlar. Hərbi hissədə intizamsızlıq hökm sürür. Belə vəziyyətdə övladlarının sağ qayıtması ailələr üçün böyük bir möcüzə olar.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol