Rusyadan Ermənistana ağır tələb

Rusiyada erməni konyakına qoyulan tələblər sərtləşdiriləcək.
İstiPress erməni mətbuatına istinadən xəbər verir ki, bu barərə milli şərabçılıq mərkəzinin rəhbəri Avaq Arutunyan deyib.
Rospotrebnadzor sentyabrda ölkəyə gətirilən konyakda total yoxlamalar aparacaq.
Yoxlamalara səbəb saxta məhsulların ölkəyə gətirilməsidir.
İxracın azaldılması erməni sahibkarlarına başqa mənbələr axtarmağa məcbur edəcək.
Rusiya isə 2025-ci ildə öz milli konyakını buraxmağa çalışır ki, erməni məhsulunudan asılılıq aradan qaldırılsın.
www.anews.az
























