Ermənistanda zabitlər də qaçmağa başladı

Ermənistanda zabitləri orduda zorla saxlamaq arzusundadırlar. Müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq.
İstiPress-in 1in.am saytına istinadən məlumatına görə, Ermənistan müdafiə naziri 20 iyun 2017-ci il tarixdə yeni əmr verib. Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib. Yeni əmrə əsasən zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif edilib. Əmrə əsasən hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə dövlətə 1 mln. dram (3525 AZN) ödəməlidir. Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər.
www.anews.az
























