• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA
20.08.2017 10:11
14 avqutsda Rusiya genişmiqyaslı hərbi təlimlərə hazırlıq çərçivəsində Belarusa öz hərbçilərini göndərməyə başlayıb. Düzdür, Kreml dəfələrlə bəyan edib ki, sentyabrda Belarusla birgə adi keçirəcəyi təlimlər ordunun manevr imkanlarını yoxlamağı özündə ehtiva edir. Buna baxmayaraq, nəzərdə tutulan hərbi təlimlər Qərb dairələrində ciddi narahatlığa səbəb olub.
 

Məlumata görə, Rusiya və Belarusun "Qərb-2017” adlı hərbi təlimlərinə Rusiyanın 12.7 min hərbçisinin qatılacağı gözlənilir – lakin bu rəsmi mənbələrin bildirdikləridir. Daha əvvəl isə Rusiya KİV-ləri yazıb ki, Moskva təlimlərə 100 min hərbçi ilə qatılacaq.
 
Bu da bəllidir ki, Rusiya lideri Vladimir Putin NATO-ya bu təlimlər barədə bütün lazımi informasiyaları verib və "Qərb-2017”-yə  beynəlxalq müşahidəçiləri dəvət edib. Bununla belə Baltikyanı ölkələr və Belrusdakı bəzi tənqidçilər Putinin strategiyasının qorxulu olduğunu deyiblər.
 
Almaniyanın Beynəlxalq Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunun əməkdaşı Marqarita Klyayn bildirib ki, bu təlim Rusiyanın genişmiqyaslı müharibə planlarının tərkib hissəsi ola bilər.
 
Bir çox Qərb nəşri daha əvvəllər iddia etmişdi ki, "Qərb-2009” hərbi təlimlərinin gedişatında Rusiya Polşaya nüvə zərbəsi endirib. Lakin Amerikanın nüfuzlu CNN telekanalı məsələni araşdırıb və yayılan məlumatı təsdiq edən fakt aşkarlamayıb.
 
NATO ilə Rusiyanın münasibətlərinin gərginləşməsi fonunda isə Kremlin bu təlimlərdən Minskə qarşı yararlanacağını hesab edənlər də var.
 
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bir müddət əvvəl deyib ki, Rusiya "Qərb-2017” təlimlərindən Belarusun özünə qarşı istifadə edəcək.
 
"Çünki bu təlimlər bitdikdən sonra hərbi texnika və silahların bir hissəsi Belarusun ərazisində qalacaq. Mən düşünürəm ki, hazırda Belarusun tamamilə işğal edilməsi imkanlarını nəzərdən keçirirlər. Belə olsa, bu, regionda növbəti ciddi böhranın başlanması deməkdir” – Saakaşvili belə hesab edir.
 
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, təzyiqlərə baxmayaraq, ölkəsi və Rusiyanın birgə "Qərb-2017” hərbi təlimi daha böyük miqyasda keçiriləcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol