Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfərə çatdı

Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb.
anews.azz-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən gün daha 30 nəfərin meyiti dağıntıların altından çıxarılıb.
"ActionAid” humanitar təşkilatının direktoru Riçard Millerin sözlərinə görə, 1 500-dək insan itkin düşmüş hesab olunur. İçməli suya da ciddi ehtiyac olduğu bildirilir.
www.anews.az
























