İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

Ölənlərdən biri pilot, digər iki nəfəri isə turist olub.
İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Syon aeroportundan havaya qalxan təyyarənin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.
İsveçrənin Vale əyalətində baş verən hadisə nəticəsində ölənlərdən biri pilot, digər iki nəfəri isə turist olub.
www.anews.az
























