Türkiyədə avtobus aşıb, 20 turist yaralanıb

Türkiyənin Antalya vilayətində turistləri aparan avtobus aşıb.
anews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 20 turist xəsarət alıb.
Qəzanın səhər saatlarında baş verdiyi bildirilir. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Turistlərin vətəndaşlığı barədə məlumat verilmir.
www.anews.az
























