Hindistanda qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət aldı

Hindistanın Uttar-Pradeş ştatında ekspress qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında "Kaifiyat Express” qatarı Auraya rayonunda yük maşını ilə toqquşub.
Nəticədə 8 vaqon relsdən çıxıb, onlardan biri isə aşıb.
Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.
www.anews.az
























