İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb

İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.
Dublində sürücünün nəqliyyat vasitəsini səkidəki piyadaların üzərinə sürməsi nəticəsində 6 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "The Irish Times" qəzeti yazıb.
Bildirilir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilənlər arasında hadisəni törətmiş sürücü də var.
İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.
www.anews.az
























