Yatağın altından 3 metrlik ilan çıxdı – VİDEO

Hadisə Tailandda baş verib.
anews.az xarici mətbuata istinadən məlumat verir ki, ev sahibi səhər pişiyini ölü vəziyyətdə tapıb.
Bundan şübhələnən qadın, otağa baxdığı zaman 13 yaşlı oğlunun yatağının altında 3 metrlik piton aşkarlayıb. Xoşbəxtlikdən, uşaq gecəni öz otağında keçirməyib. Çətinliklə olsa da, ilanı yatağın altından çıxarmaq mümkün olub.
www.anews.az
























