Başı telefona qarışan sürücü çuxura düşdü – VİDEO

Hadisə Çinin Beyxay şəhərində baş verib.
anews.az xarici mətbuata istinadən xəbər verir ki, gecə vaxtı yolların birində asfalt çöküb. Həmin yerə yaxınlaşan moped sürücüsünün başı telefona o qədər qarışıb ki, o, maneəni görməyərək, çuxura düşüb.
Köməyə gələn insanlar sürücünü oradan çıxara biliblər.
www.anews.az
























