NATO-nun baş katibi yol qəzasına düşüb

NATO-nun baş katibi Yens Stoltenberq Varşavada avtomobil qəzasına düşüb.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Polşa polisi məlumat yayıb.
Yol qəzasında Hökumətin Mühafizə Bürosunun (HMB) maşın karvanı iştirak edib. Qeyri-rəsmi məlumatlara görə, Stoltenberq onlardan birində olub.
Qəza zamanı ikisi polis əməkdaşı olmaqla 4 nəfərin xəsarət aldığı məlumdur.
www.anews.az
























