İrəvan cinayət yuvasına dönür

Cinayətkarlıq baş alıb gedir.
Ermənistanın paytaxtı İrəvanda cinayət hallarının sayı getdikcə artır.
Bu gecə şəhərin mərkəzində V.Nazaryan adlı bir nəfərin maşını naməlum şəxs tərəfindən güdülməyə başlanıb. Nazaryan evə çatan kimi ona atəş açılıb. Buna baxmayaraq, güllə ondan yan keçib. Atəş açan şəxsi tapmaq mümkün olub. Məlum olub ki, o, 36 yaşlı Artur M-dır.
Nazaryanın xüsusi polis xidmətində çalışdığı deyilir.
www.anews.az
























