Ağdərə istiqamətində yaralanan erməni hərbçisi hospitalda öldü

Təmas xəttinin Ağdərə istiqamətində yaralanan erməni hərbi qulluqçusu bu gecə Xankəndi mərkəzi hospitalında ölüb.
Virtualaz.org xəbər verir ki, 1991-ci ildə anadan olmuş Artak Bişaryan adlı hərbi qulluqçunun gecə saat 02.30-da keçindiyi xəbər verilir. Onun rütbəsi
açıqlanmır, ancaq sosial şəbəkələrdə Bişaryanın zabit olduğu haqda yazıblar.
www.anews.az
























