• $
  • €
  • ₽
  • ₺
  • £

Texasda daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub

Texasda daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub
28.08.2017 21:40
Donald Tramp təbii fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir.

Hyuston şəhərinin ətraf rayonlarının "Harvi" qasırğasının yaratdığı daşqınlardan əziyyət çəkən 2000-ə qədər sakini evakuasiya edilib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, Texasın digər hissələrində leysan yağışlar davam edir.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, bölgədə nəqliyyatın işi praktiki olaraq iflis olub, daşqınla əlaqədar fövqəladə vəziyyət tətbiq olunub.

Həmçinin 5 nəfərin öldüyü barədə məlumat verilir, amma hələlik 2 ölüm faktı etibarlı şəkildə təsdiqlənib. Belə ki, Arkansas qraflığında 1 nəfər cümə axşamı evində meydana gələn yanğında ölüb, Hyustonda isə daşqın zamanı avtomobil sürən qadın həlak olub.

Xilasetmə işçilərinin fəaliyyətinə güclü külək maneə törədir. Minlərlə insan elektrik enerjisiz qalıb.

Milli Meteorologiya Xidməti Texas ştatının cənub-şərqində yerləşən bir çox qraflıq üçün daşqın təhlükəsi elan edib. Xidmətdən verilən məlumata görə, dünən gecə Hyuston və Qalvestonda "fəlakətli miqyasda" daşqın baş verib.

ABŞ Prezidenti Donald Tramp təbbi fəlakətin miqyası ilə tanış olmaq üçün Texasa səfər etmək niyyətindədir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol