• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya kriptovalyutalar bazarını nəzarətə götürür

Rusiya kriptovalyutalar bazarını nəzarətə götürür
28.08.2017 17:20
"Kriptovalyutaları maliyyə aktivi kimi tənzimləmək və ancaq Moskva birjasından ixtisaslaşmış mütəxəssislərin alıb-satmasına icazə vermək lazımdır". 

anews.az Report-a istinadən xəbər verir ki, bu təkliflə Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev çıxış edib.

"Belə bir fikir var ki, bitkoin kimi kriptovalyutalar maliyyə piramidasıdır. Bu mövqe ilə mübahisə etmək çətindir, belə aktivlərə investisiyalar risklidir. Bu səbədən prosesi tənzimləmək ehtiyacı yaranır. 

Kriptovalyutaları digər əmlak kimi tənzimləmək və aktivlər kimi təsnifatlaşdırmağı düşünürük. 

Həmçinin, kriptovalyutaların alqı-satqısını ixtisaslaşmış mütəxəssislərin həyata keçirməsini tövsiyə edirik", - A.Moiseyev "Rossiya24" telekanalına müsahibəsində bildirib.

Qərarın səbəblərini Moiseyev alqı-satqı tərəflərinin hüquqlarının qorunması zərurəti ilə izah edib. 

Tərəflərdən birinin alqı-satqı zamanı öhdəliyini yerinə yetirməməsinin qarşısının alınması birjada təmin ediləcək. Hazırda tərəflərin heç bir hüquqi müdafiəsi yoxdur.

"Həmçinin, Qərbi Avropa və bizdə kriptovalyutalarla qanunsuz əməliyyatlar çoxalıb. Kapitalın yuyulması ilə mübarizə mexanizmləri kriptovalyuta sahəsində tam tətbiq edilməyib. Bu səbəbdən əməliyyatların birja üzərindən aparılması zərurəti yaranıb", - nazir müavini qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol