Şimali Koreya Yaponiya istiqamətində raket buraxıb

Şimali Koreya tərəfindən buraxılan raket Yaponiyanın şimal-şərq bölgəsi üzərindən Sakit okean istiqamətində uçub.
anews.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, naməlum tipli raket Sunan şəhəri yaxınlığından buraxılıb.
Cənubi Koreya hərbçiləri KXDR raketinin Yaponiya üzərindən uçduğunu təsdiqləyib.
Yaponiya hökuməti əhalini ehtiyat tədbirləri görməyə çağırıb.
www.anews.az
























