Rusiya erməniləri qovur

Rusiya ermənilərdən üz döndərir. İstiPress-in məlumatına görə, bu ölkənin ərazisində çalışan ermənilər öz ölkələrinə deportasiya edilməsi təklif edilir.
Məlumata görə, nəzarət olmadığı üçün çox şirkətlər adıçəkilən ölkə vətəndaşlarını müqavilə olmadan və vergidən yayınmaqla işə götütürlər. Bunun qarşısını almaq üçün isə Daxili İşlər Nazirliyi admnistrativ məsuliyyət tədbiq etməyi təklif edir - vətəndaşı 5 min rubla qədər cərimə və Rusiyadan deportasiya etmək, şirkəti isə 800 min rubl cərimələməklə, fəaliyyətini 3 aya yaxın dondurmaq.
www.anews.az
Mövcud qanunvericiliyə görə, Rusiya ərazisində işləmək istəyən əcnəbilər xüsusi razılıq və ya patent əldə etməlidirlər. Qanunu pozanlar 5 min rubl cərimələnərək, ölkədən çıxarıla bilərlər. Moskva, Sankt Peterburq, Moskva və Leninqrad vilayətlərində təkrar bu qaydanın pozulması zamanı isə cərimə yüksəlir.
Rusiyanın Avrasiya İqtisadi İttifaqında tərəfdaşı olan ölkələr - Ermənistan, Belarus, Qazaaxıstan, Qırğızıstandan olanlar isə vətəndaşların daha öncə rusiyalılarla eyni hüquqa malik idilər (icazə və ya patent almadan çalışmaq).
www.anews.az
























