• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevdə Myanmanın müsəlman əhalisinin soyqırımına qarşı etiraz aksiyası keçirilib

Kiyevdə Myanmanın müsəlman əhalisinin soyqırımına qarşı etiraz aksiyası keçirilib
05.09.2017 20:40
Aksiya iştirakçıları soyqırım qurbanlarına dəstək ifadə ediblər.

Ukraynanın paytaxtı Kiyev şəhərində, Xarici İşlər Nazirliyinin binası qarşısında Myanmanın müsəlman əhalisinin soyqırımına qarşı etiraz aksiyası keçirilib. 

"Report"un Ukrayna bürosu xəbər verir ki, aksiya iştirakçıları soyqırım qurbanlarına dəstək ifadə ediblər.

Əllərində "Müsəlmanların soyqırımına yox" şüarları və vərəqləri tutmuş onlarla insan XİN-in binası qarşısında toplaşıb. Onlar "Soyqırıma yox" tələblərini səsləndiriblər. Aksiya iştirakçıları Ukraynanın Xarici İşlər Nazirliyini və bu ölkənin BMT-dəki səlahiyyətli nümayəndəsini, həmçinin dünya birliyini mülki əhalinin qırğınının dayandırılması üçün tədbirlər görməyə çağırıblar.

"Dünya birliyi diqqəti Myanmada baş verən hadisələrə yönəltməlidir ki, dünya ictimaiyyəti milli və dini əlamət üzrə soyqırımın dayandırılması üçün tədbir görsün. Ukrayna öz mövqeyini ifadə etməlidir. 

Bizim ölkəmiz bu gün dünya ictimaiyyətindən Krımın işğalına, Donetsk hövzəsində müharibəyə mövqeyini ifadə etməyi gözləyir. Amma eyni zamanda biz də başqa ölkələrdəki problemlərə reaksiya verməliyik. Bundan uzaqlaşmaq olmaz. Dünya çox sıx və qlobaldır və beynəlxalq ictimaiyyət belə hadisələrə reaksiya verməlidir", - deyə Ukrayna Müsəlmanlarının Ruhani İdarəsinin müftisi Səid İsmaqilov "Report"a bildirib.

Aksiyada Ukraynanın xalq artistləri, ictimai fəallar, müsəlman dini təşkilatlarının rəhbərləri, Qafqaz diasporunun liderləri və Kiyev sakinləri iştirak edib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol