• $
  • €
  • ₽
  • ₺
  • £

13 ölkə benzin və dizeldən istifadəni qadağan etməyə hazırlaşır

13 ölkə benzin və dizeldən istifadəni qadağan etməyə hazırlaşır
12.09.2017 15:20
Dizel və benzinlə hərəkət edən nəqliyyat vasitələrini qadağan edən ölkələrin sayı artır.

anews.az xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatları - Çin, Hindistan, Fransa, İngiltərə və Norveç benzinlə və dizellə hərəkət edən nəqliyyat vasitələrinin istifadəsini müxtəlif tarixlərdə qadağan etməyə hazırlaşır.

Artıq dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin avtomobil istehsalçılarına fosil yanacaqlı nəqliyyat vasitələrinin satışını dayandırmaq və elektrikli avtomobil istehsalını genişləndirmək istiqamətində səylərini artırmağı məsləhət görüb.

Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin  hökumətin  benzinlə hərəkət edən nəqliyyat vasitələrinin istehsalının və satışının dayandırılması üçün konkret tarixin müəyyən edilməsi istiqamətində iş apardığını açıqlayıb. Qeyd edək ki, Çinin bu qərarı avtomobil sənayesinə böyük təsir göstərəcək.

Fosil yanacağı ilə hərəkət edən nəqliyyat vasitələrini qadağan etməyə hazır olan ölkə təkcə Çin deyil.

Böyük Britaniya da 2040-cı ildən ölkənin havasını təmizləmək üçün benzin və dizellə hərəkət edən nəqliyyat vasitələrinin qadağasını planlaşdırır. Bu arada, bildirək ki, İngiltərə ildə 2.7 milyon nəqliyyat vasitəsinin satışını reallaşdırır. Dünyanın ən böyük avtomobil bazarına sahibdir.

Fransa isə qlobal istiləşməyə qarşı 2040-cı ilə qədər dizel və benzinlə hərəkət edən nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağa hazırlaşır. 2040-cı ildən sonra Fransa yalnız elektrikli, hibritlə hərəkət edən nəqliyyat vasitələrinin satışına icazə verəcək.

Almaniya bu məsələdə niyyəti aydın olan ölkələrdəndir. Hindistan hökuməti isə bu ilin əvvəlində ölkədə 2030-cu ilədək satılan hər bir avtomobilin elektrik mühərrikinə malik olacağını elan edib.

Norveç  də  elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçid mövzusunda müəyyən tarixə sahibdir. Belə ki, 2025-ci ildə ölkədə satılan hər bir avtomobil və digər nəqliyyat vasitələri dizel və benzinlə hərəkət etməyəcəklər.

 Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, yuxarıda göstərilən ölkələrdən başqa, elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçidi hədəfləyən daha 8 ölkə var. Bunlar Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İspaniya, Yaponiya, Hollandiya və Cənubi Koreyadır.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol