• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Aİ ilə sammit keçirmək niyyətindədir

Türkiyə Aİ ilə sammit keçirmək niyyətindədir
15.09.2017 11:45
Ankara Avropa İttifaqına üzvlük məsələsində irəliləyişə nail olmaq və ikitərəfli münasibətlərin möhkəmləndirmək məqsədilə Aİ-yə sammit keçirməyi təklif edib.

anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib.

"Türkiyə Aİ-nin tamhüquqlu üzvü olmaq məqsədindən imtina etməyib, biz irəliləmək üçün addımlar atmağa hazırıq”, - deyə Çelik qeyd edib.

Nazir qeyd edib ki, Aİ ölkələrində Türkiyənin bloka üzv olması məsələsində fərqli mövqelər mövcuddur.

Onun sözlərinə  görə, Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Xan Ankaranın ittifaqa üzv seçilməsinə fəal şəkildə əngəllər törətməkdə davam edir.

"Merkel və digər avropalı siyasətçilər Ankaranı çox məyus etdilər, belə ki, tarixinin ən ağır məqamlarından birində dostlar və müttəfiqlər Türkiyəni tək qoydu”, - deyə Çelik əlavə edib.  

"Aİ-də ciddi problemlər yaşanmaqdadır – Böyük Britaniyanın blokdan çıxmasının hansı fəsadlarla nəticələnəcəyini bilmirik, onlar qanunsuz miqrasiya problemini həll edə bilmirlər, terrorla mübarizə sahəsində çoxlu boşluqlar mövcuddur, islahatların aparılmasına çox ciddi ehtiyac var. Onlar isə bunları kənara qoyaraq, mühüm daxili problemlərini pərdələmək üçün  Türkiyə ilə antaqonizm yaradırlar”, - deyə nazir əlavə edib.    

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol