Londonda terror aktında xəsarət alanların sayı 29 nəfərə çatıb

Londonda terror aktında xəsarət alanların sayı 29 nəfərə çatıb.
RİA "Novosti" xəbər verir ki, xəsarət alanların həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, bu gün səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Pasons Green" metrostansiyasında partlayış baş verib.
İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı xəbər yayıb.
www.anews.az
























