• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda siyasi klounada

İrəvanda siyasi klounada
22.09.2017 10:42
İrəvanda siyasi sirk davam edir. Klounlar yenə də əvvəlkilərdir.

Ermənistanın işğal etdiyi bəzi rayonları Azərbaycanın nəzarətinə qaytara bilməsi barədə bu həftə bəyanatla çıxış etmiş xarici işlər naziri Nalbandyan, şəksiz ki, bu addımı Serj Sarkisyanın əmri ilə atıb. Amma üstündən bir gün keçməmiş Nalbandyanın müavini qəflətən bəyan etdi ki, torpaqların geri qaytarılmasından söhbət belə gedə bilməz.

Onun səsinə işğal zonasında yaradılmış qondarma qurumun rəhbərliyi də səs verdi. Onlar hansısa kağız parçası nümayiş etdirərək onu konstitusiya adlandırdılar və dedilər ki, bu sənədə görə, Dağlıq Qarabağ ətrafındakı bütün torpaqlar onlara məxsusdur.

İndi də yeni xəbər gəlib - Ermənistan ordusunun baş qərargahı bəyanat verərək bildirib ki, torpaqları qətiyyən Azərbaycana qaytarmaq olmaz, Təbii ki, Ermənistan ordusunun baş qərargah rəisi, general-leytenant Akopyan da bu bəyanatı öz prezidentinin tapşırığı ilə verib. Hiyləgər Sarkisyan dünya birliyinə göstərmək istəyir ki, onun Dağlıq Qarabağda sülh yaratmaq cəhdi böyük çətinliklə üz-üzədir.

Yəni belə bir şey indiyə kimi nə Ermənistanda, nə də başqa ölkədə olmayıb - nazir təşəbbüslə çıxış edir, onun müavini isə bunu təkzib edir. Bunu niyə edirlər? İrəvan istəyir ki, oğurladığı torpaqların cüzi hissəsini qaytarsın, qalanını isə əlində saxlasın. Serj Sarkisyan üçün ən dəqiq qiyməti Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev verib:

"Bəşiriyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

Həmişə sülhdən danışan Ermənistan prezidenti Serj Sarkisyanın əlləri dirsəyə qədər azərbaycanlıların qanına bulanıb. Onu Ermənistanın özündə də sevmirlər. "Serjik, çıx get” sözləri bu gün ölkədə ən populyar sözdür.

Onun 2018-ci ilin aprel ayında baş nazir olmaq istəyi, yerli ekspertlərin fikrincə, ölkədə böyük etiraz dalğası yaradacaq. Sarkisyan özü isə bu gün ölkə əhalisinin sayının 2040-cı ilə kimi 4 milyona qədər artırılması barədə düşünür. Əks halda, Ermənistanda heç kim qalmayacaq. Yerli müdriklər İrəvanda hesab edirlər ki, Sarksiyan doğum əmsalının artırılması üçün bir prezident və bir vətəndaş kimi şəxsi nümunə göstərməlidir. Amma onun qarşısında duran yeganə şərt odur ki,  uzun illərdir ki, erməni xalqını məcbur etdiyi pəhrizi, o, özü də saxlamalıdır.

Daha bir xəbər də Sarkisyanın kefini pozacaq. "O, mənim dostuma çevrildi, Onun liderliyi çox güclüdür və açıq desək, çox yüksək qiymət alır. Biz hazırda indiyə kimi şeç vaxt olmayan qədər yaxınıq”,- deyə Donald Tramp Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə deyib və bunu bütün Amerika telekanalları yayıb.

Mais Məmmədov, əməkdar jurnalist 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol