• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyanla baş qərargah rəisi arasında qalmaqal: Kim qalib gələcək?

Sarkisyanla baş qərargah rəisi arasında qalmaqal: Kim qalib gələcək?
25.09.2017 08:53
İrəvanda keçirilən diaspora konfransında Ermənistanın baş qərargah rəisi Movses Akopyanın əhval-ruhiyyəsinin o qədər də yaxşı olmadığı nəzərdən qaçmayıb. Hazırda erməni KİV-lərində müdafiə naziri Vigen Sarkisyanla baş qərargah rəisi arasında münasibətlərinin gərgin olması və sonuncunun istefaya gedəcəyi barədə məlumatlar yayılır. Onlar arasında münasibətlərin gərgin olmasına dair yeni məlumatlar əldə edilib.

Belə ki, bir sıra yüksək vəzifəli hərbçilər Movses Akopyanın nazirlikdəki davranışları və özünü fərqli aparmasına dair orduda ciddi narazılıqların olduğunu bildirir. Deyilənlərə görə, Akopyan ilkin olaraq özünü hərbçi olmayan müdafiə nazirindən üstün tutmağa çalışır. Bundan başqa Akopyan tabeliyindəki şəxsi heyət və nazirliyin tərəfdaşları ilə apardığı davranışlarda bəzən özündən razı, bəzi hallarda isə kobudluqlar etməsi ilə yadda qalıb. 

Xatırladaq ki, aprel döyüşlərindən sonra Akopyan və Müdafiə Nazirliyinin müxtəlif əmlak və əşya təminatı ilə məşğul olan hərbçilər arasında böyük qalmaqal yaranmışdı. Yüksək vəzifəli hərbçiləri təhqir edən Akopyan baş verən qalmaqaldan sonra ictimai şəkildə üzr istəyib. Bənzər hallar dəfələrlə təkrarlanıb.

Ermənistanın Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, Vigen Sarkisyan və Akopyan arasında nizam-intizama əməl edilməsinə dair ciddi danışıqlar aparılıb. Baş qərargah rəisi müdafiə nazirinə qarşı çıxaraq, özünün hərbçi olduğunu, vəziyyətə və qoşunlarda aparılan fəaliyyətlərə nəzarət etdiyini bildirib. Sarkisyan isə onu sakitləşdirməyə çalışıb. O, baş qərargah rəisinin qarşısına şərt qoyaraq bildirib ki, ya digər işlərə müdaxilə etməsin, tabeliyində olan şəxsləri təhqir etməsin, kobud davranmadan sakitləşsin və öz işini görsün, ya da ordudan uzaqlaşsın. 

Fırtınadan öncə sakitlik davam etsə də, hazırda 2018-ci ilin aprel ayından sonra Vigen Sarkisyanın naziri olaraq qalacağı və ya digər vəzifəyə təyin ediləcəyi məlum deyil. 

Müdafiə nazirliyində vəzifə tutan şəxslər hesab edirlər ki, Vigen və Akopyan bir-birinə zidd şəxslərdi. Vigen Akopyanın orduda xidmət etməsini istəmir. Hazırda situasiya onun üçün barışılmazdır. 

Vigen 2018-ci ilin aprelindən sonra müdafiə naziri olaraq fəaliyyətini davam etdirərsə, Akopyanın vəzifədən çıxarılması təsadüfi olmayacaq. Lakin, hazırda Ermənistanın Müdafiə Nazirliyində bu posta uyğun kadr olmadığından Akopyan vəzifədə saxlanılır. 

Nəticədə, Vigen Sarkisyanla qalmaqaldan sonra Akopyan mətbuatın diqqət mərkəzindən, qalmaqallı hadisələrdən qaçmaqla 2018-ci ilin aprel ayınına kimi yaranmış vəziyyəti yola verməyə çalışacaq. 

Həqiqətən, Ermənistanın Müdafiə Nazirliyində nazir və baş qərargah rəisi arasında yaranan uçurum yalnız bir şeyi ehtiva edə bilər: nazirlik daxilində parçalanma, yüksək rütbəli hərbçilər arasında qruplaşma, intizamsızlıq və nəticə etibarilə Serj Sarkisyanhakimiyyətinin hərbi dayağını təşkil edən strukturun məhvi. 

Şahin Qocayev
AzVision.az 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol