• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Məhəmməd peyğəmbərin karikaturasını yaydı FOTO

Nazir Məhəmməd peyğəmbərin karikaturasını yaydı FOTO
29.09.2017 10:45
Avropada müsəlmanları hiddətləndirən yeni bir insidentin əsası qoyulur. İstiPress-in məlumatına görə, buna səbəb Danimarkanın miqrasiya nazirinin addımıdır. Belə ki, İnqer Stoyber adlı xanım nazir öz "iPad"nın "sreen shot" edərək ekran görüntünü sosial şəbəkəyə yerləşdirib. "iPad"ın ekran şəkli isə Məhəmməd Peyğəmbər (s.ə.s) karikaturası olub. Məhz bu karikatura təqribən 10 il öncə müsəlmanların böyük hiddətinə səbəb olmuş, qarşıdurmaların meydana gəlməsi ilə nəticələnmişdi. 

Bu yolla nazir Danimarka muzeyinin reformasiya (XVI əsrdə Qərbi Avropada: katolik kilsəsinə və papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən feodalizmə qarşı ictimai-siyasi hərəkat) dövrünə aid kafirlik mövzusundakı sərgidə bu karikaturanı sərgiləmək istəməməsinə etiraz edib. "Bu muzeyin öz qərarıdır. Onların buna tam haqqı da var. Ancaq mən düşünürəm ki, bu biabırçılıqdır". 

Onun sözlərinə görə, Danimarkada azad cəmiyyət var, bu ölkədə düşündüyün hər şey haqqında danışa bilər, hər şeyi tənqid edə bilərsən. Nazir düşünür ki, Kurt Vesterqonun çəkdiyi və Məhəmməd peyğəmbərin (s.ə.s) bomba formasındakı əmmamədə təsvir edildiyi karikatura buna yaxşı sübutdur. 

Xatırladaq ki, adıçəkilən karikatura 2005-ci ildə "Jyllands-Posten" qəzetində yayaımlanıb. Qəzetin bu addımı müsəlman dünyasında hiddətlə qarşılanıb və sərt reaksiyalara səbəb olub. Yaranmış qarşıdurmalarda 150-yə yaxın insan həyatını itirib. Rəssamın başına isə 150 milyon dollar mükafat qoyulub. 2007-ci ildən Vesterqor və ailəsi xüsusi mühafizə altında yaşayır. Danimarka polisi ona sui-qəsd hazırlayan bir neçə terrorçunu da həbs edib. 
 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol