• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Gürcüstanda HƏRƏKƏTƏ KEÇDİ: parçalama PLANI

Ermənilər Gürcüstanda HƏRƏKƏTƏ KEÇDİ: parçalama PLANI
02.10.2017 19:36
Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində qarşıdurma baş verib.

Publika.az xəbər verir ki, Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb.

"Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə "kavkazplus” saytı yazır.

Saytın məlumatına görə, Kumurdo kəndində 1830-ci ilə qədər heç bir erməni yaşamayıb: "Əslində bölgədə erməni təxribatı çoxdan hazırlanırdı. Hələ 2015-ci ilin yayında 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda "erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb olunur. Halbuki, orada ermənilərə aid heç bir sümük tapılmayıb. Kumurdoda baş verənlər ermənilərin başqalarının torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut edir”.

Sayt əlavə edir ki, Kumurdoda baş verən təxribata erməni ekstremistlər uzun müddətdir hazırlaşıb.

"Ermənistanın Cavaxetiyanın ermənilərə aid olması haqda separatçı fikirlər səsləndirən Serqey Minasyanı Tiflisə səfir göndərmək istəyi də buna hesablanmışdı. Lakin Gürcüstan hökuməti bu təyinata qarşı çıxdı. Bununla belə, erməni ekstremistlər Kumurdoda təxribatı təşkil etdilər. Maraqlıdır ki, bu təxribat həmin bölgədən keçən strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə salınması ərəfəsində baş verir. Hədəf aydındır: dəmiryolunun keçdiyi regionda stabilliyi pozmaq. Lakin daha bir hədəf gürcü Pravoslav Kilsəsinə zərbə endirməkdir. Məsələ ondadır ki, ermənilər rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər isə 650-dir. Bu təxribatın törədilməsi aydınlaşdırmaq o qədər də çətin deyil. Belə ki, əgər təxribat baş tutsaydı və gürcü kilsəsi ermənilərə verilsəydi, bu 442 gürcü məbədinin də onlar tərəfindən mənimsənilməsi demək idi. Lakin təxribatın qarşısı vaxtında alındı”, - deyə sayt yazır.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol