Türkiyədə terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb

PKK terrorçuları hərbçilərə əl qumbarası atıblar.
Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda terrorçuların hücumu nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasının silahlıları hərbçilərə əl qumbarası atıblar.
Yaralı hərbçilər xəstəxanaya yerləşdiriliblər.
Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.
www.anews.az
























