• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Mərkəzi Bankı avrodan imtina edir

Rusiya Mərkəzi Bankı avrodan imtina edir
13.10.2017 15:15
Rusiya Bankı (Mərkəzi Bank) son 10 ildə qızıl-valyuta ehtiyatlarının idarə edilməsində önəmli dəyişikliklər edib.

Anews.az Report-a istinadən xəbər verir ki, dəyişikliklər, əsasən, avro və qızıl ehtiyatlarına aid olub. Belə ki, son 10 il ərzində Rusiya Bankı, ehtiyatlarında avronun payını 40%-dən 25,7%-ə endirib. Bu dövr ərzində dolların payı isə 40-49% diapazonunda dəyişib. Mərkəzi Bank bu dövrdə qızıl ehtiyatlarını 8 mlrd. ABŞ dollarından 73,6 mlrd. dollara, yəni 9 dəfədən çox artırıb. Ümimilikdə, oktyabr ayının 1-nə Rusiya Bankının idarəetməsində 424 mlrd. dollar həcmində aktivlər cəmlənib.

Rusiya Bankından verilən məlumata görə, avro aktivləri son bir neçə rübdə zərər gətirib. Belə ki, ilin ilk rübündə avro aktivləri orta hesabla 0,38% zərər etdiyi halda, dollar aktivləri 0,54% qazandırıb.

Rusiya Bankı qızıl ehtiyatlarını son iki ildə artırmağa başlayıb. O, bu strategiyasını valyuta məzənnələrində izafi volatilliklə əlaqələndirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl-valyuta ehtiyatlarında 2017-ci ilin ilk yarısında dollar aktivlərinin payı 47,3%, avro - 35,9%, qızıl - 3,5% təşkil edib. Lakin Ümumdünya Qızıl Şurasından verilən məlumata görə, ARDNF qızıl ehtiyatlarını sataraq, bu aktivdə mövqeyini sıfıra endirib. ARDNF isə avqustun 4-də yaydığı məlumatda xəbəri təkzib edib və qızıl ehtiyatlarında heç bir dəyişikliyin olmadığını bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol