• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlı məhkəməyə müraciət edib

Suriyada döyüşməkdə təqsirləndirilən azərbaycanlı məhkəməyə müraciət edib
14.10.2017 14:00
İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə təqsirləndirilən Rövşən Qədirov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktybarın 16-na təyin edilib.

İşə hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, Azərbaycanın Quba rayonunun sakini R.Qədirov qazanc üçün Türkiyəyə gedib. 

Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub, o, R.Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların "müsəlmanlara zülm edənlərə" qarşı mübarizələri haqqında məlumat verib.

İbrahimin təsiri altında R.Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.

Amma sonradan onun digər mücahidlərlə fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında R.Qədirov yenidən cihadda iştirak etməyə qərar verib, bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra R.Qədirov Türkiyəyə qayıdıb.

O bu il aprelin 17-də Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.

R.Qədirov ittihamları qəbul etməyib, Pakistanda, ümumiyyətlə, olmadığını, Suriyaya isə humanitar yardım aparmaq üçün getdiyini bildirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol