• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranskinin 101 milyon avroluq iki oteli üzə çıxdı

Lənkəranskinin 101 milyon avroluq iki oteli üzə çıxdı
19.10.2017 09:38
Bu il avqustun 18-də İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski”nin İtaliya polisi tərəfindən axtarışa verildiyi məlum idi. İtaliya polisinin bildirdiyinə görə o, çirkli pulların yuyulmasında və digər cinayətlərdə şübhəli hesab olunurdu. Lakin kriminal avtoritetə qarşı irəli sürülən ittihamların detalları haqda məlumat yox idi. İndi isə belə məlum olur ki, İtaliyanın maliyyə polisi "Rövşən Lənkəranski”nin bu ölkə ərazisində 100 milyon avroya yaxın nəğd pulla iki oteli satın aldığını müəyyən edib və onun izinə düşüb.

Anews.az xəbər verir ki, bu haqda "Sputnik Azərbaycan” kriminal dairələrə istinadən yazır.

İtaliyanın maliyyə polisi müəyyən edib ki, bir ay ərzində ölkədə nəğd pula iki lüks-otel satılıb. İtaliyanın Pozitano şəhərində yerləşən "Le Sirenuse” və "Hotel Covo dei Saraceni” otellərindən birincisini naməlum müştəri 52 milyon avroya, ikincisini 49 milyon avroya alıb.

İstənilən Avropa ölkəsi üçün bu cür iri məbləğdə nəğd pulla alqı-satqı dərhal çirkli pulların yuyulması şübhəsini yaradır və bu səbəbdən İtaliyanın maliyyə polisi otelləri kimin aldığını araşdırmağa başlayıb. Bu zaman izlər Rövşən Canıyevə gedib çıxıb. Hərçənd ki, Canıyev otelləri öz adına rəsmiləşdirməmişdi. Məlum olub ki, "Hotel Covo dei Saraceni” çeçen "vor zakon” Hamzat Qastemirovun ("Şeyx Hamzat") arvadının adına sənədləşdirilib. Həmin Qastemirovun ki, o, iki türk və bir çeçen mafioz klanının Canıyevin düşmənlərinə qarşı birləşməsinin təşəbbüskarı idi.

"Le Sirenuse” oteli isə Lənkəranskinin qohumlarından birinin adına rəsmiləşdirilib. Lakin hazırda hər iki otel "Şeyx Həmzət”in mafioz klanının nəzarətindədir. Bildirilir ki, bu yaxınlarda çeçen avtoritetin vəkilləri "Le Sirenuse” otelini Lənkəranskinin qohumlarından məhkəmə yolu ilə alıblar.

Məlumata görə İtaliya polisi Canıyevin izini tapanda o, bütün iri yatırımlarını Qastemirovun nəzarətinə verib. Hazırda İtaliyada Qastemirovun üç oteli, bir restoranı və səkkiz kotteji var. Habelə Lənkəranskinin klanı Hamburq, Mühnen və Berlinə də iri yatırımlar qoyub. Habelə Qastemirovun klanı Avropada Rusiyaya mal göndərən topdansatış bazalarına nəzarət edir. Bildirilir ki, kriminal aləm tezliklə Lənkəranskinin Avropaya iri yatırımları barədə məlumatları eşidib heyrətə düşəcək.

Qastemirov türkiyəli "kabadayılar” Bülent Bafral və Sedat Şahinlə yanaşı italyan mafioz klanı Matteo Messina Denaro ilə də birləşib. Onun ləqəbi "şeytan” mənasını verən "Dyabolik”dir. Denaro Koza Nostra-nın aparıcı liderlərindən biridir, dünyanın ən təhlükəli cinayətkarları sırasında 6-cıdır. Habelə italyan mafiozlardan Bernardo Provensiano da Qastemirovla ortaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol