Putinin yerinə göz dikən sarışın

"Don 2"nın aparıcısı prezident olmaq istəyir
Rusiyanın ən qalmaqallı simalarından biri hesab edilən, teleaparıcı, jurnalist Kseniya Sobçak prezident olmaq sevdasına düşüb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Sobçak gələn il keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək iddiasındadır.
O öz qərarını izah edərkən deyib ki, bütün riskləri və çətinlikləri dərk edir. Buna baxmayaraq düşünür ki, seşkidə iştirakı labüd olan islahatların yolunda irəli bir addımdır.
"Mən Kseniya Sobçak - 35 yaşım var. Bütün ömrüm boyu Rusiyada yaşayıb, işləmişəm. Və ölkəmin gələcəyinin necə olacağı mənim üçün önəmlidir. Siyasətçi kimi olmasa da, mən məhşuram. Əgər seçki tribuna imkanı verirsə əsas odur ki, onun arxasındakı insanı eşitsinlər. Onun arxasındakı insanın danışmaqdan qorxmamağı və dediklərini etmək bacarığının olması lazımdır".
"Dom 2" kimi qalmaqallı layihənin də aparıcılığını edən jurnalist özünü "çarçı prezident" kimi gördüyünü deyib.
Kremlin mətbuat xidmətinin başçısı Dmitri Peskov da artıq aparıcının prezident seçkisində iştirak etmək niyyətini şərh edib. O, deyib ki, xanım Sobçak bütün lazımı tələblərə cavab verir. "Sobçak çox istedadlı insandır, amma siyasət səhəsində hələ təcrübə toplamasına ehtiyac var".
Rusiya kommunistlərinin lideri Gennadi Zuqanovun isə gənc qadının qərarına cavabı daha sərt olub. O, seçki prosesini tragikomik şouya çevirməməyə səsləyib. "Mən insanlara, ölkəyə, seciçilərə və seçkiyə olduqca ciddi yanaşıram. Bu prosesi tragekomediyaya çevirməyə ehtiyac yoxdur".
www.anews.az
























