• $
  • €
  • ₽
  • ₺
  • £

80 dollara Iphone X

80 dollara Iphone X
24.10.2017 20:49
Ayfon X hələ satışa çıxmamış Çində artıq onun kopyası satılır.

Lakin kopyalanmış Ayfon X-in əsl Ayfon X-dən fərqi ondadır ki, kopyalanmış versiya Android əməliyyat sistemi vasitəsilə çalışır və 4 kameraya sahibdir. Beləliklə 12 Sentyabr tarixində təqdim olunmuş Ayfon X-ə cavab olaraq Çin şirkətləri özlərinin kopyalarını hazırladılar. Bu barədə Technote məlumat yayıb.

Publika.az bildirir ki, Ayfon X-in kopyasını Çinin "Hotwav” adlı şirkəti təqdim etdi. Smartfonun adı isə Symbol S3-dür. Symbol S3-ün arxası şüşə ilə örtülüb. Çinlilər hətta orijinal Ayfon X-dəki kameraların yerləşmə tərzlərini də kopyalayıblar. Belə ki, Symbol S3-ün də arxa kameraları şaquli vəziyyətdədir. Lakin keyfiyyət baxımından onlar, orijinal Ayfon X modellərinə uduzurlar.

Symbol S3 12 və 2 MP-lik ikili arxa kamera, 16 və 2 MP-lik ikili ön kmaeraya sahibdir. Çox güman ki, ön tərəfdəki ikinci kamera, Face ID texnologiyasının əvəzində yerləşdirilib. Təbii ki, kopyalanmış Ayfon X, iOS 11 deyil, Android əməliyyat sistemi vasitəsilə çalışır. Həmçinin Android 8.0 Oreo-ya kimi yenilənmənin də olacağına söz verirlər.

Smartfonun digər texniki göstəricilərinə gəldikdə isə o, 1440x720 piksel keyfiyyətli 6 inç ekran, MediaTek MT6739 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş və 2900 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə maraqlısı ondadır ki, Ayfon X-in kopyalanmış bu versiyanın qiyməti nə qədərdir. Məlumata əsasən bu smartfonun qiyməti 80 dollar təşkil edir. Bu isə orijinal Ayfon X modelindən 16 dəfə ucuzdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol