Ermənilər Medvedevi “özəlləşdirdilər” – FOTO

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.
Turkustan.info xəbər verir ki, o, həbsdən çıxandan sonra ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet Elşən Məmmədovun məzarını ziyarət edib. Bundan başqa "qanuni oğru” mərhum atası Nəriman Səlifovun da məzarına baş çəkib.
Qeyd edək ki, Elşən Məmmədovun Lotu Qulinin ən amansız "cəllad”larından olduğu deyilir. O, sentyabrda Nadir Səlifovun bir neçə yaxın adamı ilə yemək yeyərkən gözlənilmədən yerindən qalxaraq maşınına tərəf gedib və həmin an atəş səsləri eşidilib. "Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.
Erməni mətbuatı Dmitri Medvedevi Ermənistanın baş naziri kimi təqdim edib.
Turkustan.info Oxu.Az-a istinadən məlumatına görə, belə bir başlıqla xəbər Ermənistanın tanınmış News.am saytında yerləşdirilib.
"Armenia’s Medvedev arrives in Armenia” adlı xəbərdə Rusiyanın baş naziri Dmitri Medvedevin Ermənistana səfərindən danışılır.
Sosial şəbəkələrdə kəskin tənqidlərdən sonra xəbərin sərlövhəsi redaktə olunub.
Qeyd edək ki, D.Medvedev oktyabrın 24-də Ermənistana rəsmi səfər gəlib. Səfər çərçivəsində Medvedev Ermənistan prezident Serj Sarkisyan və həmkarı Karen Karapetyanla görüşəcək. Baş nazir həmçinin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının İrəvanda keçiriləcək toplantısında iştirak edəcək.

www.anews.az
























