• $
  • €
  • ₽
  • ₺
  • £

Meral Akşener yeni siyasi partiya yaratdı

Meral Akşener yeni siyasi partiya yaratdı
25.10.2017 11:19
Türkiyədə sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşenerin başçılığı ilə yeni siyasi partiyanın qurulduğu elan olunub.

Anews.az bu barədə Hürriyet-ə istinadən xəbər verir.

M. Akşener bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinə gedərək partiyanın quruluş sənədlərini nazirliyin rəsmi şəxslərinə təqdim edib. Yeni partiyanın adı "İyi Parti” (Yaxşı Partiya) olacaq. Partiyanın sloqanı belədir: "Türkiye iyi olacak”.

Yeni partiyanın qurucuları arasında müxtəlif ideoloji istiqamətləri təmsil edən tanınmış şəxslər var. 

Onların arasında keçmiş nazirlər Suat Çağlayan, Aydın Tümən, Ahat Andican, Abdülkadir Akçan, Ayfer Yılmaz, Türkiyə Jandarma Qüvvələrinin keçmiş komandan müavini, istefada olan general Əli Lapanta, 1996-cı ildə Türkiyə ilə Yunanıstanı müharibənin astanasına gətirən Egey dənizindəki kiçik Kardak adası ilə bağlı gərginlik zamanı adaya çıxaraq, oraya türk bayrağı sancan Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı, istefada olan polkovnik Əli Türkşən, Mərkəzi Bankın keçmiş müdiri Durmuş Yılmaz, Aşıq Veysəlin nəvəsi Çiğdəm Özər, eləcə də, ilk gündən Meral Akşenerlə birlikdə partiya quruculuğunda iştirak edən millət vəkilləri Ümit Özdağ, Yusuf Halaçoğlu, vaxtilə MHP-nin liderlərindən biri olan Koray Aydın kimi tanımış simalar yer alıb.      

Qurucular arasında daha bir maraqlı sima erməni əsilli türk millətçisi, İstanbulda quru təmizləmə işi ilə məşğul olan Elmas Giraqos adlı şəxsdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol