• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” siyasi reklamları nəzarətə götürür

“Facebook” siyasi reklamları nəzarətə götürür
28.10.2017 15:07
"Facebook” siyasi reklam sifarişçiləri barədə operativ şəkildə informasiya əldə etməyə imkan verən yeni mexanizmi sınaqdan keçirir

Anews.az lent.az-a istinadən xəbər verir ki, bunu sosial şəbəkənin qurucusu və rəhbəri Mark Zukerberq deyil. O bildirib ki, şirkət sosial şəbəkədə reklam yerləşdirməyin yeni qaydaları üzərində işləyir və əsas dəyişikliklər siyasi reklamlarla bağlı olacaq. "Siyasi reklamları verənlərin identifikasiyası üçün onlar özləri barədə daha çox informasiya verməli olacaq. Daha sonra onlar ödənişi kimin etdiyini açıqlamalıdır”, - deyə Zukerberq söyləyib.

"Facebook” qeyri-siyasi reklamlar sahəsində də şəffaflığa nail olmağa çalışacaq. Tezliklə sosial şəbəkədə yeni funksiya işə salınacaq ki, onun vasitəsilə istifadəçilər seçdikləri səhifələrin hansı reklamları sifariş etdiyini öyrənə biləcəklər. Siyasi reklamları verənlərin səhifələrində isə roliklərin yerləşdirilmə tarixçəsi və qiyməti, eləcə də reklamların hansı auditoriyaya yönəldiyini və kommunikasiyanın effektivliyini öyrənmək mümkün olacaq.

"Facebook” moderatorların sayını 1000 nəfər artıracaq və siyasi reklamların müəyyənləşdirilməsi üçün maşın təlimindən istifadə edəcək.

Qeyd edək ki, "Facebook” administrasiyası sentyabr ayında son 2 il ərzində sosial şəbəkədə Rusiyaya bağlı səhifələrin siyasi xarakterli reklamlar yerləşdirdiyini bildirib. Reklamlar xüsusən ABŞ-dakı prezident seçkiləri ərəfəsində yayılıb. Məlum olub ki, 2015-ci ilin iyunundan 2017-ci ilin mayına qədər 470 səhifə vasitəsilə 100 min dollarlıq reklam-elan yerləşdirilib. "Facebook” bu barədə məlumatları ABŞ Konqresinə təqdim edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol