• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp: “Türkiyə vazkeçilməz müttəfiqdir”

Tramp: “Türkiyə vazkeçilməz müttəfiqdir”
28.10.2017 16:22
ABŞ prezidenti Donald Tramp Türkiyənin 29 oktyabr – Cümhuriyyət bayramı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, məktubu ABŞ dövlət katibinin müavini Tomas Şennon Türkiyənin Vaşinqtondakı səfirliyinin təşkil etdiyi bayram ziyafəti zamanı çıxışında oxuyub. Məktubda deyilir:
 
"Türkiyə Cümhuriyyətinin qurulmasının 94-cü ildönümü münasibətilə Amerika xalqının sizə və bütün türk xalqına ən xoş diləklərini çatdırıram. 60 ildən çoxdur ki, yaxın NATO müttəfiqi olaraq ölkələrimiz bir çox qlobal və regional problem qarşısında birlikdə çalışır. Regional təhlükəsizliyin artırılması, İŞİD və PKK daxil olmaqla, terrorizmin bütün növlərinə qarşı mübarizədə Türkiyə vazkeçilməz bir müttəfiqdir. ABŞ Türkiyə hökumətinin və türk xalqının 3 milyon qaçqına tayı-bərabəri görünməmiş ev sahibliyi etməsini təqdir edir. Əvvəlcə Ağ Evdə, sonra isə sentyabr ayında BMT  Baş Assambleyasında davam etdirdiyimiz dialoq ikitərəfli əlaqələrimizin önəminin göstəricisidir. Həm bölgənin sülh və rifahı üçün, həm də ticarət əlaqələrimizi, yatırımlarımızı gücləndirmək üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirik. Ölkələrimizin nə qədər uzun bir tarixi paylaşdığını xatırladan önəmli məqamlardan biri də bu ilin Türkiyənin ABŞ-a ilk dəfə səfir göndərməsinin 150-ci ildönümü olmasıdır”.
 
D. Tramp məktubunda 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinə də toxunub: "ABŞ-ın Türkiyədəki demokratik qurumlara olan dəstəyini bir daha təsdiqləyərkən 2016-cı ilin iyulundakı çevriliş cəhdini qınadığımızı xatırlatmaq istərdim. O faciəli gündə demokratiyaya sahib çıxan qərarlı türk vətəndaşlarının cəsarətini hörmətlə anırıq. Onların aksiyaları demokratiyanın mühafizəsi üçün mətbuatın və təməl azadlıqların təminat altına alınmasının önəmini xatırladan aksiyalar idi. Türk tələbələrini və professorlarını ölkəmizdə qonaq etməkdən və türk iş dünyasının əlaqələrimizin dərinləşməsi üçün oynadığı roldan qürur duyuruq. Toplumlarımız arasındakı bu qarşılıqlı əlaqələr ölkələrimizi uğuru üçün çox böyük önəmə malikdir. Bu önəmli günü qeyd edərkən ortaqlığınız üçün təşəkkür etmək istəyirik. Bütün türk xalqına güvənli və xoşbəxt bayram dləyirik”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol