• $
  • €
  • ₽
  • ₺
  • £

Kennedini polis güllələyib?

Kennedini polis güllələyib?
28.10.2017 18:00
ABŞ-ın xüsusi xidmət orqanlarının prezident Con Ficerald Kennedinin sui-qəsd nəticəsində qətli ilə bağlı açıqladığı və ABŞ-ın Milli Arxivinin saytında oktyabrın 26-da yerləşdirilmiş sənədlərə görə, Kennedinin qatili Li Harvi Osvaldla CXek Rubi arasında əlaqələr varmış.

Milli.Az ABC-yə istinadən bildirir ki, Cek Rubi canlı yayımda Osvaldı güllələmişdi. Dallaslı polis Cey Tippit isə Osvaldı saxlamağa çalışanda qətlə yetirilib.

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Edqar Quverin 1963-cü ilin noyabrın 24-də, Li Harvi Osvald bir həbsxanadan başqasına köçürülərkən onu ölümcül yaralamasından az sonra yazdığı xidməti göstərişdə bildirilir: "Osvaldın işində onun ölü olmasından savayı yeni heç nə yoxdur". Daha sonra yazıda günün olayları sadalanır.

O dönəmdə baş prokurorun müavini Nikolas Kasenbaha istinadən Quver bildirir ki, prezidentin qətlində şübhəli bilinən insanın güllələnməsi amerikalılarda yersiz şübhələr yarada bilər.

Quverin imzaladığı sənəddən bəlli olur ki, FTB bəzi şəxslərin Osvald ABŞ prezidentini öldürəndən sonra onu aradan götürmək niyyətlərindən xəbərdar olub: "Dünən axşam Dallasdakı ofisimizə bir adam zəng vurdu. Sakit səslə dedi ki, Osvaldın qətli üçün yaradılmış komitənin üzvüdür", - sənəddə deyilir.

Noyabrın 22-də tutulmuş Li Harvi Osvald həmin vaxt həbsdə idi.

"Dərhal polis rəisini xəbərdar etdik ki, Osvalda qarşı hansısa addımlar atıla bilər. Onlar bizi əmin etdilər ki, Osvald yaxşı qorunur. Lakin belə mühafizə olmadı", - FTB direktorunun yazısında deyilir.

ABŞ prezidenti C.Kennediyə sui-qəsddən iki gün sonra Li Harvi Osvaldı Dallasdakı gecə klublarından birinin sahibi Cek Rubinşteyn polis idarəsinin qarşısında, telekameraların önündə güllələyib.

Digər sənəddə bildirilir ki, Con Kennedinin əsl qatili dallaslı polis Cey Tippit ola bilər. Rəsmi versiyaya görə, prezidentə atəş açılandan sonra Tippit Osvaldı evinin qarşısında saxlamağa çalışıb. Osvald da tapançadan 4 dəfə atəş açaraq Tippiti qətlə yetirib.

Sənəddə isə yazılıb ki, qətldən bir gün əvvəl Tippit Dallasda C.Rubinin gecə klubunda Osvaldla birlikdə olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol