• $
  • €
  • ₽
  • ₺
  • £

Ded Xasanın yeri uğrunda savaş başlayır: erməni-kürd ittifaqı

Ded Xasanın yeri uğrunda savaş başlayır: erməni-kürd ittifaqı
29.10.2017 08:49
Rus mafiyasının rəhbəri vəzifəsinə yeni namizədlər peyda olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt” yayıb. Agentlik hazırkı lider Zaxariya Kalaşovun (Şakro Molodoy) yerinə əsas namizədlərin erməni əsilli qanuni oğru Eduard Asatryan (Edik Osetrina) və Dmitri Çanturiya (Miron) olduğunu bildirib. Məhz bu iki qanuni oğrunun iddiaları Kalaşovun həbsdən çıxmaq ümidinin azalmasından sonra daha da güclənib:

"İki barışmaz düşmənlər özlərini Aslan Usoyanın (Ded Xasan) varisləri elan etmək üçün səylərini artırıblar. Onlar artıq biznesmenlərdən öz hesablarına haqq verilməsini tələb ediblər. Qeyd etmək lazımdır ki, bu, Asatryan və Çanturiyanın mafiyanın başına keçmək üçün ilk cəhdləri deyil”.

"Rosbalt” Asatryanın artıq Moskvaya döndüyünü bildirib. İlk vaxtlar xüsusi xidmət orqanlarından ehtiyatlanaraq Asatryan aktiv fəaliyyət göstərməyib. Belə ki, bu aktivlik ya onun həbsə, ya da hansısa başqa ölkəyə, xüsusilə də Türkiyəyə immiqrasiyası ilə nəticələnə bilərdi. Artıq Asatryanın iki yaxın tərəfdarı ölkədən bu üsulla çıxarılıb. Bunlar Oleq Mixaelyan (Oleq Aşqabadski) və David Gerlianidir (Dato Svan). Hər iki qanuni oğru hazırda Kiprdədirlər və Rusiyaya dönməyə belə cəhd etmirlər.

Edikin Moskvaya dönüşü əslində Moskvadakı güclü qanuni oğruların çoxunda xüsusi rəğbət hissi yaratmayıb. Ona əvvəllərdə qanuni oğrular soyuq yanaşırdılar. Buna isə xüsusilə Asatryanın oğlu, qanuni oğru Sergey Bentlinin bir müddət əvvəl onu qıcıqlandıran mafiozları ortadan xüsusi xidmət orqanlarının yardımı ilə qaldıracağını deməsi olub.

Asatryan uzun müddət Ded Xasanın yaxın adamlarından sayılıb. 2012-ci ildə isə onlar arasında maliyyə məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. 2013-cü ildə Ded Xasanın öldürülməsindən sonra mafiyanın əsas aktivlərini yaxşı bilən Asatryan bunları öz tabeliyinə keçirib, mafiya lideri olmaq istəyib. O zaman bu vəzifəyə əsas namizədlərdən biri də Usoyanın qohumu Dmitri Çanturiya sayılırdı. Asatryanın kriminal aləmdə təsiri, Mironun isə ciddi maliyyə imkanları vardı. Lakin hər iki tərəf bu mübarizədə uduzdu. 2013-cü ildə hər iki qanuni oğrunun tərəfdarlarının görüşündə Mironun adamları Asatryan və oğlunu döydülər. Bundan sonra hakimiyyətə gələn Zaxariya Kalaşov Mironu müəyyən müddətlik taxt iddialarından əl çəkməyə razı sala bildi. Asatryana gəldikdə isə Kalaşov onun heç vaxt sevməyib.

Artıq Asatryan və Miron üçün yeni şans yaranıb. Birincinin təcrübəsi, ikincinin isə maliyyə imkanları rus mafiyasında liderliyi ələ keçirməyə imkan yaradıb.
Asatryan həmçinin ölkədəki böyük biznesmenlərlə də görüşlərə başlayıb. Maraqlı məqam odur ki, Asatryan görüş üçün özünə "Karetnıy dvor” restoranını seçib. Məhz bu restoran Ded Xasanın qərargahı və öldürüldüyü yer hesab olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol