Kataloniya parlamenti fəaliyyətini dayandırdı

Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edir və yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırır.
Anews.az RİA Novosti-yə istinadən xəbər verir ki, məlumatı Kataloniya parlamentinin mətbuat xidməti yayıb.
Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-nə təyin etdiyi iclası da təxirə salıb.
www.anews.az
























