İŞİD Ronaldodan nə istəyir?

İŞİD terror təşkilatı "2018 Dünya Kuboku"nu dünyaca məşhur futbolçuların posterləri ilə təhdid etməkdə davam edir.
Publika.az xəbər verir ki, terrorçular bu dəfə "Real” klubunun hücumçusu Kristiano Ronaldonu hədəf alıb.
Onlar Ronaldonun diz çökdüyü yerdə təsvir edilən fotosunu paylaşıblar. Fotonun altına isə "söylədiklərimiz eşitdiyiniz deyil, görüdüyünüz şeylərdir. Sadəcə
gözləyin. Biz də gözləyirik” yazıblar.
Qeyd edək ki, İŞİD daha öncə də Lionel Messini gözündən qan axarkən, Neymara işgəncə verərəkən təsvir edilən posterlərini paylaşıb və təhdid mesajları yazmışdı.
www.anews.az
























