Ankarada qadağanın müddəti uzadıldı

Türkiyənin paytaxtı Ankarada kütləvi tədbirlərin keçirilməsinə qadağa daha 3 ay müddətinə uzadılıb.
Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ankara vilayət valiliyi qərar verib.
Qeyd olunur ki, bu qərar Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi ilə bağlı qəbul edilib.
Xatırladaq ki, ötən ay Türkiyə parlamenti 5-ci dəfə ölkədə fövqəladə vəziyyətin müddətini uzadıb. Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib.
www.anews.az
























